Azərbaycanda ər 16 yaşlı arvadını baltalayaraq öldürdü

azerbaycanda-er-16-yasli-arvadini-baltalayaraq-oldurdu
Oxunma sayı: 9628

İmişli rayonunda ağır cinayət hadisəsi baş verib.

Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu gün Gövhər kəndində qeydə alınıb.

Rayon sakini Ağababa Nəsirov birlikdə yaşadığı Aygün adlı qızı baltalayıb. Çoxsaylı xəsarət alan Aygün hadisə yerində ölüb. Cinayətin qısqanclıq zəminində törədildiyi bildirilir.

Ağababa Nəsirov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

***

“Report”un məlumatına görə, 16 yaşlı Aygün Altay qızı Abdulxalıqova 26 yaşlı Ağappa Albaba oğlu Nəsirovun həyat yoldaşıdır.