Azərbaycanda ilin ən yaxşıları seçildi - Fotolar

azerbaycanda-ilin-en-yaxsilari-secildi
Oxunma sayı: 2535

Azərbaycanda ilk dəfə “The Academy Awards” mükafatlandırma mərasimi keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, mükafatlandırmada dövlət məmurları, siyasətçilər, mədəniyyət və incəsənət nümayəndələri, iş adamları, stilist və dizaynerlər və xaricdən tanınmış incəsənət nümayəndələri iştirak edəcək.

“The Academy Awards”ın rəsmi səhifəsində mükafat alan şəxslərin adları açıqlanıb.

“İlin xanım müğənnisi” Nigar Camal, “İlin kişi müğənnisi” Miri Yusif, “İlin prodüseri” Tarix Əliyev, “İlin aparıcısı” Murad Dadaşov, “İlin rejissoru” Elxan Cəfərov, Kənan Mahmudov, “İlin rəqqasəsi” Oksana Rəsulova, “İlin vizajisti” Nigar İbrahimova, “İlin aktrisası” Məleykə Əsədova və Firəngiz Mütəllimova olub.

 Xatırladaq ki, mərasim noyabrın 15-də Akademik Milli Dram Teatrında keçiriləcək.