Azərbaycanda məşhur şirkət bağlandı

azerbaycanda-meshur-sirket-baglandi
Oxunma sayı: 9961

Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan “Milk Pro” MMC ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Milk Pro” 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. “Milk Pro” daha çox “Sevimli Dad” markası ilə tanınıb. “Sevimli Dad” hazırda başqa şirkət tərəfindən istehsal olunur.