Azərbaycanda rektor vəzifədən azad olundu

azerbaycanda-rektor-vezifeden-azad-olundu
Oxunma sayı: 8436

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Qafqazinfo” xəbər verir ki, universitetdən APA-ya verilən məlumata görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.