Azərbaycanda Rektorlar Konfransının hesabatı dinlənilib - Foto

azerbaycanda-rektorlar-konfransinin-hesabati-dinlenilib
Oxunma sayı: 1493

Aprelin 22-si Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən,  Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.

Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub.

Bakı Avrasiya Universitetini sözügedən tədbirdə tədris işləri üzrə prorektor dosent Nigar Hüseynova, elmi işlər üzrə prorektor professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektor dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov və Tərcümə kafedrasının müdiri dosent Sevda Rzayeva təmsil edib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov layihənin universitetlər arasında milli şəbəkələşməni, bilik və təcrübə mübadiləsini, eləcə də qarşılıqlı dəstəyi təşviq etdiyini söyləyib.

Daha sonra elmi işlər üzrə komitənin sədri, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlər barəsində hesabat xarakterli çıxış edib.

Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs edib.