Bunu “Qafqazinfo”ya açıqlamasında yazıçı Şərif Ağayar gənc yazar Aqşinin dindarlar tərəfindən hədələnməsinə münasibət bildirərkən deyib. Şərif Ağayar deyib ki, hazırda hədəfdə çağdaş ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri olan Aqşindir: “Düşünürəm ki, gözümüzün qarşısında onu ölümlə hədələyən, bu hədələri mətbuat səhifələrinə, internet saytlarına çıxarmaqdan çəkinməyən qaragüruha qarşı biganə qalmamalıyıq. Dünən Daxili İşlər Nazirliyinin verdiyi rəsmi açıqlama da göstərdi ki, aidiyyəti orqanlar vəziyyətə lazımı münasibət göstərmir. Odur ki, qələm adamlarının birləşməsi və sözünü deməsi zərurəti yaranır.
Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs İslam dini, onun ayinləri və tanınmış simaları haqqında öz fikrini açıq söyləyə bilər. Bununla bağlı qanun heç nəyi qadağan etmir. Əgər kimsə bunu qəbul etmirsə, zəhmət çəkib gedib İranda yaşasın...
Qələm adamları din pərdəsi altında ağzına gələni danışan, sağa-sola fətvalar yaxdıran bu qorxunc və əslində qorxaq insan kütləsinə öz gücünü göstərməli, bütün sivil vasitələrdən istifadə edib onları öz yerində oturtmalıdır. Sabah hədəfdə kimin olacağı bəlli deyil”.
Son xəbərlər
Son Xəbərlər