Azərbaycandan Rusiyaya pomidor və alma tədarükünə icazə verildi

azerbaycandan-rusiyaya-pomidor-ve-alma-tedarukune-icaze-verildi
Oxunma sayı: 1923

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icazə verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

“Rosselxoznadzor” 2021-ci il dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma tədarük edilməsinə icazə verir. Həmin müəssisələrdən yeddisində pomidor, beşində alma istehsal edilir. Bu qərar Azərbaycan ərazisində pomidor və alma yetişdirən müəssisələrdə Azərbaycanın səlahiyyətli idarəsi tərəfindən aparılmış fitosanitar monitorinqinin, laboratoriya sınaqları protokollarının və monitorinq aktlarının öyrənilməsinin yekunlarına əsasən, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Beləliklə, bu gün Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür.