“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq”

azerbaycanin-avrasiya-iqtisadi-ittifaqina-qosulmasinin-eleyhine-cixmayacagiq
Oxunma sayı: 2032

"Əgər bu addım regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın  Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

"Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol canlı yayımda TASS-ın sualını cavablandırarkən deyib.

“Əgər görsək ki, bu addım bizim gündəliyimizə öz töhfəsini verəcək, yəni regionun dinc inkişafı erasını açacaq, təbii ki Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına qarşı çıxmayacaq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - deyə Paşinyan bildirib. 

Xatırladaq ki, dekabrın 10-da Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu ala bilər.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycan ilə Aİİ arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.