Azərbaycanla bağlı sual ona 300 min qazandırdı - Video

azerbaycanla-bagli-sual-ona-300-min-qazandirdi
Oxunma sayı: 17988

Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu “Kim milyoner olmak ister?” verilişində Azərbaycanla bağlı daha bir sual verilib.

“Qafqazinfo” xəbər verir ki, verilişdə dilimizdəki suiti sözünün Türkiyə türkcəsində qarşılığı soruşulub.

Yarış iştirakçısı Mustafa Civelek bunun “fok” olduğunu deyərək sualı düzgün cavablandırıb.

Qeyd edək ki, yarışmaçı proqramda 300 min TL-lik (12 990 manat) 10-cu sualın cavabını doğru tapmaqla həmin məbləği qazanıb. Daha sonra o, 500 min TL (21 650 manat) qazandıran 11-ci sualın cavabını doğru təxmin etsə də, yarışmadan 300 min TL ilə ayrılmağı seçib.

Xəbəri rus dilində oxuyun: Протесты в США перекинулись на Техас – ВИДЕО

Xatırladaq ki, ümumilikdə verilişdə 13 sual yer alır.

Verilişdən sözügedən hissəni təqdim edirik: