Azərbaycanlı aktrisaya şəhərin mərkəzində hücum edildi - Video + Yenilənib

azerbaycanli-aktrisaya-seherin-merkezinde-hucum-edildi
Oxunma sayı: 5228

Aktrisa Nərgiz Əliyevaya hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib. N. Əliyeva bildirib ki, hadisə şənbə günü saat 17:00 radələrində paytaxtın “Tarqovı” adlanan ərazisində baş verib.

Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb:

“Maşınımın qapısını açmağa çalışırdı və yumruqlar vururdu. Bir neçə yumruq vurduqdan sonra onu çəkməyə başladım ki, bəlkə çəkinər. Çox qorxmuşdum, yanımda qızım da ola bilərdi. Kənarda duran kişilər də heç nə etmir, baxıb gülürdülər”.

Həmçinin oxuyun: “JEK” rəisinin otağında polis bıçaqlandı

N. Əliyeva saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etməyib, yalnız sosial şəbəkə üzərindən onlara səslənib.

***

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən məlumatlıdırlar: "Hazırda araşdırma aparılır".