Azərbaycanlı turist Məryəm Ömərova Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsindəki qayalıqlardan yıxılaraq ölüb.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, 27 yaşlı qadın Aladərə şəlaləsinə dırmanan zaman 15 metr yüksəklikdən yıxılıb.
Yerindəcə keçinən qadının cəsədini 2 saatlıq çalışmadan sonra dərədən çıxarmaq mümkün olub.
M.Ömərovanın cəsədi tibbi ekspertizadan keçirilmək üçün Fəthiyə Dövlət Xəstəxanasının morquna aparılıb.






Son xəbərlər
Son Xəbərlər