“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu olacaq.
“Qafqazinfo” xəbər verir ki, qəbul fevralın 27-də Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq və saat 11:00-da başlayacaq.
Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılıb ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.

Son xəbərlər
Son Xəbərlər