“Bakı-Naxçıvan biletinin qiyməti AZAL-ın xərclərini ödəmir”

baki-naxcivan-biletinin-qiymeti-azal-in-xerclerini-odemir
Oxunma sayı: 4354

“Bakıdan Naxçıvana 10-dan artıq uçuş yerinə yetirilir”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Vətəndaşlar bilet üçün xərclədikləri 60 manata görə narazılıqlar edirlər. Lakin 60-70 manat AZAL-ın xərclərini ödənmir. Çünki xərclər bundan çoxdur”, - deyə nazir müavini bildirib.