“Bakı Sığorta”dan YAŞAT Fonduna davamlı dəstək

baki-sigortadan-yasat-fonduna-davamli-destek
Oxunma sayı: 889

“Bakı Sığorta” aylıq sığorta gəlirlərinin (yığmlarının) 1 %-ni YAŞAT Fonduna köçürəcək. Bundan əlavə şirkətin əməkdaşlarının əksəriyyəti  aylıq əmək haqqlarının, könüllü olaraq,  1 % -i həcmində fonda yardım edəcəklər. 2021-ci ilin yanvar ayından başlayaraq hər ay, öncəki ayın sığorta gəlirlərinin 1 %-i və işçilərin əmək haqqlarından könüllü tutulmalar YAŞAT Fonduna köçürülərək davamlı dəstək təmin olunacaq.

İkinci Qarabağ mühasibəsində şəhid olmuş hərbiçilərimizin ailələrinə və qazilərimizə davamlı dəstək  göstərməkdən qürür duyuruq.

Dövlətimizin bu sahədə göstərdiyi həssas və qayğıkeş planlarına əlavə olaraq YAŞAT Fondunun davamlı fəaliyyəti üçün  göstəridiyimiz dəstəyi ən böyük sosial məsuliyyət layihəmiz olaraq qiymətləndiririk.

Bu şərəfli yolda bizimlə birlikdə olan bütün əmakdaşlarımıza və müştərilərmizə təşəkkür edirik.