Bakıda sərnişin avtobusu qəzaya düşüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.
***
Nizami RPİ-dən "Qafqazinfo"ya bildirilib ki, qəzaya düşən hər iki nəqliyyat vasitəsi marşrut avtobusudur. Biri 62, digəri isə 36 saylı marşrutdur. Qəzaya səbəb isə avtobuslardan birinin qırmızı işıqda keçməsidir.
***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün səhər saat 09:48 radələrində baş verib:
"13 nəfər yaralanıb. Dünyasını dəyişən şəxsin kimliyi hələ məlum olmasa da, təxminən 50 yaşında kişidir. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.
***
Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzada 62 saylı avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.
***
APA qəzada yaralananların siyahısını yayıb.
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər