Bakıda ağır qəza - Fotolar+Yenilənib

bakida-agir-qeza
Oxunma sayı: 10316

Bakının Hüseyn Cavid prospektində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Hadisənin təfərrüatı açıqlanmayıb.

***

Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “Renault” və “Daewoo” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "”Renault” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.