Bakıda ağır qəza, Qarabağ qazisi öldü - Yenilənib

bakida-agir-qeza-qarabag-qazisi-oldu
Oxunma sayı: 8975

Nəsimi rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb. Sürücü Nəbi İsayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsayev vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Birinci Qarabağ müharibəsi qazisi olub. O, müharibədə bir ayağını itirmişdi.

Faktla bağlı araşdırma aparılır.

***

Ötən gün Nəsimi rayonu ərazisində baş vermiş yol qəzası səbəbindən Qarabağ qazisi Nəbi İsayevin vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idarə etdiyi 77 CD 145 dövlət qeydiyyat nişanlı “Mercedes”i digər nəqliyyat vasitəsinə çırpan N.İsayev hadisədən sonra həkimə müraciət etməyib. Belə ki, özünü yaxşı hiss etdiyini bildirən şəxs yol polisi əməkdaşları tərəfindən hadisə aktlaşdırıldıqdan sonra yaşadığı evə gedib. Bir qədər sonra isə onun halı pisləşib. Ailə üzvləri təcili-tibbi yardıma müraciət etsə də, N.İsayev vəfat edib.

Nizam Rza