Bakıda avtobus qəzası - Ölən və yaralananlar var+Fotolar

bakida-avtobus-qezasi-
Oxunma sayı: 9476

Bu gün səhər saatlarında Nizami rayonunda marşrut avtobusları toqquşub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 8-ci kilometr bazarının yaxınlığında 103 və 30 saylı xətt avtobusları, həmçinin Vaz-2107 markalı minik maşını toqquşub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 60 yaşlı qadın dünyasını dəyişib, 9 nəfər yaralanıb. Yaralılardan 7-si Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə Travmotologiya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Murad Əhməd