Bakıda dəhşətli intiharın görüntüləri yayıldı - Video

bakida-dehsetli-intiharin-goruntuleri-yayildi
Oxunma sayı: 18011

Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Qeyd edək ki, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb. Nəticədə o, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb. Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. Z. Niyazov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

Nizam Rza