Bakıda doğum günü təşkil edib karantini pozdular - Video

Bakıda doğum günü təşkil edib karantini pozdular
Oxunma sayı: 13229

Bakıda təşkil olunan doğum günündə ölkəmizdə tətbiq olunan karantin qaydaları pozulub. “Qafqazinfo” bildirir ki, müvafiq görüntüləri rəqqasə Renka (Rəna Ağamuradova) İnstaqram hesabında paylaşıb.

Kadrlardan da göründüyü kimi, doğum günündə 10-dan çox insan iştirak edib. Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, bütün bunlar kosmetoloq Aytac Əsədovanın doğum günündə baş verib.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi