Bakıda mənzildə yanğın - 41 uşaq təxliyə edildi - Yenilənib

bakida-menzilde-yangin
Oxunma sayı: 2497

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya daxil olan məlumata görə, yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

***

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermi yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq baxçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.