Bakıda otel sökülür - Abutalıbov hadisə yerində + Video

bakida-otel-sokulur
Oxunma sayı: 17789

Bakı şəhərində yerləşən “Araz” oteli sökülür.

Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir. 

Qeyd edək ki, adıçəkilən otel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur. 

Bakı merinin sözlərinə görə, söküntüyə səbəb həmin yolun genişləndirilməsidir. Otelin yerləşdiyi ərazinin bir hissəsində isə park salınacaq. 

Qeyd edək ki, Yusif Səfərov və Heydər Əliyev prospekti istiqamətində, eyni zamanda əks istiqamətdəki yolda daim avtomobillərin hərəkətində sıxlıq müşahidə olunurdu.