Bakıda qəribə oğurluq - Gənc hamını təəccübləndirdi +Video

bakida-qeribe-ogurluq-
Oxunma sayı: 9798

Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. 

Qafqazinfo”nun Baku.ws-ə istinadən məlumatına görə, hadisə Neftçilər metrosu yaxınlığındakı ayaqqabı mağazalarından birində qeydə alınıb.

Belə ki, mağazaya daxil olan bir gənc özünə ayaqqabı seçib. Sakitcə köhnə ayaqqabılarını çıxaran oğru yenisini geyinərək mağazadan çıxıb.

Hadisənin üstü ayaqqabı mağazasının sahibinin təhlükəsizlik kamerasına baxmasından sonra açılıb. Qəribə olay mağaza sahibini xeyli heyrətləndirib.