Bakıda sağlamlıq klubundan qovulan qız dava saldı - Video

bakida-saglamliq-klubundan-qovulan-qiz-dava-saldi
Oxunma sayı: 4909

Bu gün axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 212 ünvanında yerləşən "Prins” sağlamlıq klubunda dava düşüb.

“Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatına görə, Fərqanə adlı qızla klub rəhbərliyi arasında başlanan mübahisə davaya çevrilib. "Prins” rəhbərliyinin Fərqanəni klubdan qovması gənc qızı özündən çıxarıb. Qız obyekt sahibini klubu bağlatmaqla hədələyərək 102 xidmətinə zəng edib. Səs-küyə əraziyə gələn polis qızı bölməyə aparmaq istəsə də, buna asanlıqla nail ola bilməyib.

Hadisə yerindən çəkilmiş videoları təqdim edirik: