Bakıda sərnişin avtobusu yanır.
"Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonunda, metrostansiyanın yanında baş verib.
Ərazidə xidmət aparan Nərimanov rayon Post Patrul Xidmətinin əməkdaşlarının çevikliyi nəticəsində sərnişinlər avtobusdan evakuasiya olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
***
FHN sözügedən yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Nərimanov rayonunda "Karsan" markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər