Bakıda tələbə qız faciəvi şəkildə öldü - Foto

bakida-telebe-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 16902

Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, çatdırıldığı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi. N.Məhərrəmova 682 balla tələbə adını qazanmışdı.

Emin Səfərov