“Bakıda yaşamaq, niyə də yox?!” - Fotolar

bakida-yasamaq-niye-de-yox
Oxunma sayı: 3214

“Mən Bakıda olmamışam, amma bunu mütləq düzəldəcəyəm”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri rusiyalı aktyor Konstantin Krükov “Moskva-Baku” nəşrinə müsahibəsində deyib.

“Əgər mənə orada çəkilmək təklif etsələr, böyük məmnuniyyətlə gedərəm. Mən ora məhz çəkilişlərə gəlmək istəyirəm, çünki bu, mənə orada uzun müddət qalmağa, Azərbaycanın mədəniyyətini, adətlərini dərindən öyrənməyə imkan verəcək. Niyə də yox?! Axı digər ölkədə çox vaxt keçirəndə sən onun xüsusiyyətlərini öyrənirsən, hansını ki, turist kimi gəldikdə bir neçə günə başa düşmək mümkün deyil. Bu, mənim üçün çox vacibdir, mən hətta digər ölkədə istirahət zamanı onu tanımaq üçün orada daha çox qalmağa çalışıram. Azərbaycanın çox sayda maraqlı, unikal adətləri var, hansıları ki, mən səthi yox, daha dərindən öyrənmək istəyirəm”, - aktyor əlavə edib.