Bakıdakı qəzada 4 nəfər xəsarət alıb - Açıqlama

bakidaki-qezada-4-nefer-xesaret-alib
Oxunma sayı: 3042

Bu gün Koroğlu metrostansiyası yaxınlığında baş verən qəzada 4 nəfər xəsarət alıb. 

Bu barədə “Qafqazinfo”ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisəyə “Hyundai” markalı avtomobil səbəb olub.

Belə ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq bardürə çırpılıb və əks hərəkət istiqamətinə çıxaraq aşıb. 

Bu zaman avtomobil öz yolu ilə gedən “Vaz 21015” markalı avtomobilə çırpılaraq onu da aşırıb. 
Həmçinin “Chevrolet” və “Mitsubishi” markalı daha iki minik avtomobilinə ziyan vurub. 
Qeyd edək ki, qəzada yaralanan 4 nəfər də “Vaz 21015”də olan şəxslər olub.