Bakıdakı yeni park belə olacaq - Video

bakidaki-yeni-park-bele-olacaq
Oxunma sayı: 10959

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.

“Qafqazinfo” xəbər verir ki, sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq.

Ağ şəhərdə salınacaq parkda muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək.