Bakıdan Lerikə gedən 3 ailə qidadan zəhərləndi - Yenilənib

bakidan-lerike-geden-3-aile-qidadan-zeherlendi
Oxunma sayı: 2517

Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.

“Qafqazinfo” xəbər verir ki, Lerikdə istirahət mərkəzlərində olan Bakı sakinləri - 6-sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri - 1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə, 1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə, 2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə, 2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə, 1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva, 1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva, 2020-ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva, 2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev, 1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev, 2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva və 2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.

***

TƏBİB-dən saytımıza bildirilib ki, bu gün saat 06:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (5 kişi, 6 qadın olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 6-sı uşaq olub.

Onların hər birindən analiz nümunələri götürülüb, zəruri ilk tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə evə buraxılıblar.

Surxay Şahbazov