Bakının mərkəzində ağır qəza - Avtomobil aşdı + Video

bakinin-merkezinde-agir-qeza
Oxunma sayı: 6980

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr prospektində iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri sürücünün idarəeməsindən çıxaraq aşıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.

Xəsarət və ya ölüm faktı ilə bağlı hələlik məlumat yoxdur.

***

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə zamanı BMW markalı avtomobillə "Toyota Camry" markalı avtomobil toqquşub, daha sonra BMW aşıb: “Hadisə nəticəsində bir nəfər xəsarət alıb”.

Həmçinin oxuyun: Səbinəni aldadan vəkillə bağlı qərar verildi