Bakının Yeni il əhvalı - Fotolarda

bakinin-yeni-il-ehvali
Oxunma sayı: 813

Yeni ilin ilk günüdür. Bakıda bayram ab-havası hökm sürür. Şəhərə çıxan sakinlər, xüsusilə uşaqları bəhanə edib gəzintiyə yollananlar rəngli işıqlardan zövq alır, xatirə fotoları çəkdirirlər. Bu mənzərə şəhərdə xoş əhval-ruhiyyə yaradır.

Dünənki səs-küylü bayram gecəsindən fərqli olaraq, Yeni ilin ilk günü Bakıda qismən sakitlikdir. Paytaxt küçələrində nəqliyyat və insan sıxlığı azalıb.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal Dənizkənarı Bulvar, İçərişəhər və “Tarqovı” kimi paytaxtın populyar ərazilərində Bakının rəngarəng anlarını lentə alıb: