“Bakıya səfərimiz gərgin olacaq” - “Bayer”in idman direktoru

bakiya-seferimiz-gergin-olacaq
Oxunma sayı: 1574

“Bizim yaxşı ki, “Qarabağ”la təcrübəmiz var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer” (Leverkuzen) idman direktoru Simon Rolfes deyib.

O bildirib ki, çətin olsa da Azərbaycan klubunu üstələmək lazımdır: “Səfər mütləq gərgin olacaq. Biz bunu artıq bir dəfə etmişik. Ağdam təmsilçisi ilə iki dəfə qrupda oynamışıq. Bu rəqibdir, onu qiymətləndirməmək olmaz”.