Balaca “Mihrimah” illər sonra... - Foto

balaca-mihrimah-iller-sonra
Oxunma sayı: 4593

“Muhteşem Yüzyıl” serialında “Sultan Süleyman” və “Hürrem”in qızı “Mihrimah”ın balacalığını canlandıran Melis Mutluç illər sonra ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, ATV-də yayımlanan “Kim Milyoner Olmak İster” yarışmasına qatılıb.

Özü haqqında danışan 21 yaşlı Melis İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin 3-cü kurs tələbəsi olduğunu açıqlayıb.

O, 300 min dəyərində tarix sualından geri çəkilərək proqramdan 200 min lirə ilə ayrılıb.

Qeyd edək ki, Melis “Yol Arkadaşım” adlı serial ilə aktyorluq karyerasına başlayıb.