Balqabaq tumunun 5 faydası

balqabaq-tumunun-5-faydasi
Oxunma sayı: 12495

Balqabağın tumu özü qədər insan sağlamlığına müsbət təsir göstərir. “Qafqazinfo” “MedikForum.ru” saytına istinadən tumun beş faydasını təqdim edir:

Ürəyin sağlamlığını yaxşılaşdırır

Maqniumun ən yaxşı mənbəsi sayılan balqabaq tumu qan təzyiqini tənzimləyir və ürək xəstəlikləri riskini aşağı salır. İnsan və heyvanlar üzərində aparılan tədiqatlar göstərmişdi ki, balqabaq tumundan alınmış yağ da qan təzyiqi və “pis” xolesterini aşağı salır. Bu tumun tərkibində olan maqnium, omeqa-3, antioksidant və sink ürək sağlamlığının yaxşılaşdırılması ilə sıx bağlıdır.

Diabet zamanı kömək edir

Tədqiqatlar göstərmişdi ki, balqabaq tumu diabet xəstəliyinin müalicəsi zamanı qanda şəkərin səviyyəsini aşağı salır. Qanda şəkərin səviyyəsinə təsiri balqabağın tərkibində olan maqniumla, eləcə də sellülozla bağlı ola bilər.

Yuxun yaxşılaşmasına kömək edir

Yenə maqnium... Bədən və şüuru rahatlamağa kömək edən maqnium bununla da yuxunun keyfiyyətini artırır və yuxuya getməni asanlaşdırır.

Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır

İnsanlar üzərində aparılan bir neçə tədqiqatlar göstərmişdi ki, balqabaq tumunun istifadəsi prostat və sidik kisəsi ilə bağlı probemlər zamanı da kömək edir.

Hamiləlik zamanı vacibdir

Tədiqatlara əsasən, orqanimzdə sinkin səviyyəsi aşağı olduqda, bu, doğuşla bağlı hormonlara mənfi təsir göstərir və adətən onun miqdarının artırılması məsləhət görülür. Bu baxımdan tərkibində çoxlu sink olan balqabaq tumu son dərəcə xeyirlidir. Sink, həmçinin, kişilərin reproduktiv sağlamlığında da vacib rol oynayır.