Baltikyanı ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı

baltikyani-olkelerin-sefirleri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 1676

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Moskva həmin ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib.

Zaxarova əlavə edib ki, təxribat davam edərsə, Rusiya ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcək.