Bank nizamnamə kapitalını 75 milyona qaldırdı - Azərbaycanda

bank-nizamname-kapitalini-75-milyona-qaldirdi-
Oxunma sayı: 1649

“Muğanbank” ASC-nin, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21 “B”ünvanında yerləşən baş ofisində səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səhmdarların ümumi yığıncağında Muğanbankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub və yekdil qərarla nizamnamə kapitalının 10 000 000 manat artırılmasına qərar verilib. Emissiya başa çatdıqdan sonra Muğanbankın nizamnamə kapitalı 75 000 000 manat təşkil edəcək.