Bank Respublika 6 nominasiya üzrə mükafat qazandı

bank-respublika-6-nominasiya-uzre-mukafat-qazandi
Oxunma sayı: 727

Bank Respublika”nın 2023-cü ildə həyata keçirdiyi 6 layihə mükafata layiq görülüb.

"Bank Respublika" 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 6 nominasiyada qalib edilib. 

Qeyd edək ki, hər il keçirilən müsabiqədə, ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir.

2023-cü ildə “Bank Respublika” həyata keçirdiyi bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 6 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:

-Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;

-Ən fəal maliyyə savadlılığı dəstəkçisi;

-Ən fəal təhsil dəstəkçisi;

-Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.

-Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri;

-“Özünüməşğulluq proqramında iştirak

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.