“Barselona” onu buna layiq görmədi

barselona-onu-buna-layiq-gormedi
Oxunma sayı: 2618

“Barselona” keçmiş futbolçusu Dani Alveşi klubun əfsanəsi statusundan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, komanda Alveşin profilini saytın “Əfsanəvi oyunçular” bölməsindən silib.

Bildirilib ki, “Barselona” bunu futbolçu ilə bağlı iş üzrə yekun qərar verildikdən sonra edib.

Qeyd edək ki, fevralın 22-də məhkəmə zorlama epizodu ilə Alveşə hökm çıxarıb - o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı 2023-cü il yanvarın 20-də həbs edilib.