“Barselona” stadionunun adını satır

barselona-stadionunun-adini-satir
Oxunma sayı: 2708

“Barselona” rəhbərliyi maddi sıxıntıdan çıxmaq üçün növbəti addımlar atmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi “Kamp Nou” stadionunun adının hüquqlarını satmağı düşünür. 

Klub stadionun adını minimum 10 illiyinə satacaq.

Maraqlıdır ki, klubun artıq beş təklifi var və müqavilənin dəyəri ildə 30-40 milyon avro təşkil edəcək.