Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin 2 oyunu keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, İngiltərədə və İtaliyada baş tutacaq görüşlər böyük maraq kəsb edir.
“Arsenal” doğma meydanda turnirin 1 nömrəli favoriti “Barselona”ı qəbul edəcək. ÇL-in ötənilki finalçısı “Yuventus” isə “Bavariya” ilə üz-üzə gələcək. London klubu İspaniya təmsilçisi ilə qarşılaşmada qənaətbəxş nəticə əldə etməyə çalışacaq.
İtaliyadakı matçda isə “Yuventus” “Bavariya” ilə görüşəcək. Matça ciddi itkilərlə çıxan hər iki komandanın qarşılaşması öz ölkələrinin çempionat liderləri kimi böyük maraq doğurur.
***
23:45. “Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun, Cem Satman
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)
***
23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)
Hakimlər: Martin Atkinson, Maykl Mallerki, Stefan Kild, Hari Besvik
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
***
Artıq hər iki oyunda start fiti səslənib.
***
“Bavariya” oyunda hesabı açır. Oyunun 43-cü dəqiqəsində Tomas Müller komandasını önə keçirir. Hesab 1:0 “Bavariya”nın xeyrindir.
***
Oyunun 55-ci dəqiqəsində “Yuventus” qapısında ikinci qolu görür. Robben komandasının növbəti qolunu vurur və hesab 2:0 “Bavariya”nın xeyrinədir.
***
Matçın 63-cü dəqiqəsində “Yuventus” ilk qolunu vurur. Dybala komandasının hesabdakı fərqini 1 topa endirir. “Yuventus - “Bavariya” - 1:2.
***
71-ci dәqiqәdә Lionel Messi Londonda hesabı açır. Beləliklə, “Barselona” “Arsenal” qarşısında 1:0-lıq üstünlük qazanır.
***
Turində 4-cü qol vurulur. 76-cı dəqiqədə Sturaro “Yuventus”un ikinci qolunu vurur. Bununla da “Bavariya”la hesab bərabərləşir- 2:2.
***
Londonda penalti zərbəsi təyin edilib. Oyunun 83-cü dəqiqəsində Lionel Messi oyundakı ikinci qolunu vurur. Hesab 2:0 “Barselona”nın xeyrinədir.
***
"Barselona" 2:0 hesablı qәlәbә qazanır.
***
“Yuventus” - “Bavariya” oyunu isə 2:2-lik bərabərliklə başa çatır.
Son xəbərlər
Son Xəbərlər