Bayden Ukraynaya qoşun göndərir? - Video

bayden-ukraynaya-qosun-gonderir
Oxunma sayı: 5577

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub. 

“Qafqazinfo” Ukraynanın “Teleqraf” nəşrinə istinadən xəbər verir ki, Co Bayden bu barədə Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçilərinin önündə çıxış edərkən danışıb. 

Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden bunları söyləyib: “Orada olduqda hər şeyi özünüz görəcəksiniz”. 

Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.