Bayden yenə Harrisi ABŞ Prezidenti adlandırdı - Video

bayden-yene-harrisi-abs-prezidenti-adlandirdi
Oxunma sayı: 4045

ABŞ Prezidenti Co Bayden ictimaiyyət qarşısında çıxışı zamanı ölkənin vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb.

Bu barədə “Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir.

“Nə vaxt ki, Prezident Harris və mən...”, - vaksinasiya kampaniyasının uğurları haqda danışan Ağ Evin başçısı deyib. Telekanal qeyd edir ki, Bayden daha əvvəl də analoji səhvlər edib.

Qeyd edək ki, 78 yaşlı Bayden iki və daha çox il keçdikdən sonra Prezident səlahiyyətlərini vaxtından əvvəl dayandırarsa, dövlət başçısı postunu vitse-prezident tutacaq.

Kamala Harris