Novruz və Ramazan bayramları ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdirilir.
“Qafqazinfo” xəbər verir ki, qurumda bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.
“28 May-Əhmədli” və əksinə istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.
Martın 20-dən 31-nə qədər “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyənləşdirilib.
İntervallar “Avtovağzal-8 Noyabr” və əksinə istiqamətdə 7 dəqiqə, “Avtovağzal-Xocəsən” və əksinə mənzildə 14 dəqiqə təşkil edəcək.
“Bakmil” istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da bazar gününün qrafiki ilə tənzimlənəcək.
Bayram günlərində sərnişinlərin metrodan rahat və təhlükəsiz istifadəsini təmin etmək üçün nəzarət tədbirləri gücləndiriləcək, bütün xətlər üzrə növbətçilik cədvəli əsasında zəruri işçi qüvvəsi ayrılacaq.
Son xəbərlər
Son Xəbərlər