Bərdədə müəllim ərini bıçaqlayıb?

berdede-muellim-erini-bicaqlayib
Oxunma sayı: 3677

“Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi N. Nuriyevanın ailədaxili münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirməsi barədə yayılmış məlumatla əlaqədar bildiririk ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən onunla görüş keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinindən məlumat verib.

Bildirilib ki, görüş zamanı N. Nuriyeva həyat yoldaşı ilə aralarında ailə münaqişəsinin olduğunu, həyat yoldaşı ilə ayrılmaq istədiyini, lakin həyat yoldaşına bıçaqla heç bir xəsarət yetirmədiyini qeyd edib:

“Eyni zamanda nəzərinizə çatdırırıq ki, N.Nuriyeva 11.03.2024-cü il tarixi üçün Mingəçevir şəhər Polis şöbəsinə dəvət olunub”.

O da qeyd edilib ki, N.Nuriyevanın məlumatına əsasən əri, ondan ayrılacağı təqdirdə özünə xəsarət yetirəcəyi, onu tutduracağı, işdən çıxaracağı, uşağı əlindən alacağı ilə şantaj edirmiş (bu barədə səs yazıları da var). Sonuncu münaqişə zamanı da ərinin özünə xəsarət yetirdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib ki, fakt üzrə Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.