Beş dəqiqədə 30 milyon dollar xərclədi

bes-deqiqede-30-milyon-dollar-xercledi
Oxunma sayı: 6892

Türkiyəli iş adamı Akif Ağaoğlu həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ağaoğlu” Şirkətlər Qrupunun rəhbəri olan A. Ağaoğlu 5 dəqiqədə 30 milyon dollara Mərmərə dənizində Çiftlik adası aldığını bildirib:

“Bəyəndiyim hər şeyi 5 dəqiqə ərzində alıram. Oranı ailəm üçün almışam. İçərisində daş evlər var”, - deyə biznesmen söyləyib.

O, qeyd edib ki, həyatda daha çox geyimlərə və maşınlara pul xərcləyir.