Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının 1/4 final mərhələsində “Lion” “Beşiktaş”la qarşılaşır.
"Qafqazinfo" xəbər verir ki, oyun hələ də başlamayıb. Belə ki, matçdan qabaq insident baş verib. Yüzlərlə azarkeş stadiona girib.
Qeyd edək ki, “Lion” – “Beşiktaş” matçı saat 23:05-də başlamalı idi.
***
"Lion" klubunun verdiyi açıqlamada bildirilir ki, azarkeşlər stadiona məşəl təhlükəsindən qorunmaq üçün daxil olublar.
***
Stadiona girən lionlu azarkeşlərin sayının 2 min olduğu bildirilib.
***
Oyun başladı.
***
Türkiyə təmsilçiləri 15-ci dəqiqədə hesabı açırlar. Babelin qolu ilə "Beşiktaş" öndədir.
***
Birinci hissə başa çatdı. Hesab hələ ki, "Beşiktaş"ın xeyrinədir.
***
İkinci hissə başladı.
***
83-cü dəqiqədə “Lion”lu futbolçu Tolisso hesabı bərabərləşdirib.
***
Cəmi iki dəqiqə sonra qapıçının kobud səhvi "Beşiktaş"ı məğlub duruma gətirib. Morel 85-ci dəqiqədə komandasını önə çıxarıb.
***
Oyun 2-1 hesabı ilə başa çatıb.



Son xəbərlər
Son Xəbərlər