Beşotaqlı ev yandı

besotaqli-ev-yandi
Oxunma sayı: 764

Sabirabad rayonu, Yenikənd kəndində güclü yanğın olub.

Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.