Beyləqanda avtobus kanala aşdı, xəsarət alanlar var - Yenilənib

beyleqanda-avtobus-kanala-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 1758

Bu gün Beyləqan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Şəfəq qəsəbəsi ərazisində “İSUZU” markalı avtobus sürücünün idarəetməsindən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı xəbəri saytımıza təsdiq edib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Beyləqandakı qəza ilə bağlı məlumat yayıb.

“Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda bildirilib.