Bu gün ölkəmizin inkişaf yoluna, dövlətçilik təməllərinə, müstəqilliyimizin möhkəmlənməsinə ömrünü həsr etmiş böyük şəxsiyyət Heydər Əliyevin xatirəsi Beyləqanda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin, idarə və müəssisə rəhbərlərinin və kollektivinin, şəhid ailəsi, qazi, hərbçilərin, gənclərin iştirakı ilə keçirilən ziyarət zamanı Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzülüb, onun əziz və unudulmaz xatirəsinə ehtiram ifadə olunub.
Bildirilib ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün də ölkəmizin həyatında yol göstərən əsas ideoloji dayaqlardan biridir. Onun müdrik siyasəti, xalqa sonsuz bağlılığı, Azərbaycanı gələcəyə aparan strateji hədəfləri ölkəmizin hər bir uğurunun təməlində dayanır. Beyləqanlılar da Ulu Öndərin əziz xatirəsini daim uca tutur, onun ideyalarına sədaqətlə xidmət etməyi şərəf sayırlar.
Anım mərasimi Ulu Öndərin ömür yoluna, Azərbaycan dövlətinə bəxş etdiyi misilsiz töhfələrə bir daha dərin ehtiramın təcəssümü kimi yadda qalıb.






Son xəbərlər
Son Xəbərlər